29 noyabr 2024. Cümə

Karantin qaydalarını pozan futbolçu qovuldu


Karantin qaydalarını pozan futbolçu qovuldu
Belçikanın "Ostende" klubu qapıçısı Fabris Ondoa ilə müqaviləyə xitam verib.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, buna səbəb kamerunlu futbolçunun koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi olub.
 
Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu müəyyənləşib. Bundan əlavə, hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir