Gənclər və İdman Nazirliyi sistemindən Vətən Müharibəsində iştirak edənlərə dair məlumat
İştirak edib 500 nəfər. Şəhidlik zirvəsinə yüksəlib 54 nəfər. Bunlardan, 390-ı könüllü, 33-ü hərbi xidmətə çağrılıb, 23-ü isə hərbçi kimi iştirak edib. 67-si yaralanıb. Bunlardan 51-nin müalicəsi davam edir. 8-i yenidən cəbhəyə qayıdıb, 8-i isə evə buraxılıb. İdman jurnalsitlərindən 4-ü iştirak edib. 1 nəfər itkin düşmüş hesab olunur.
Vətən Müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin kollektivi öz əməkdaşları və idmançılarla qürur duyur, şəhidlərin ruhuna böyük hörmət və ehtimanı ifadə edir.
Vətən sağolsun!