- Xəbər news
- 22:34 14.11.2024
"France Football" nəşrinin tarixin ən yaxşı futbol hakimi ilə bağlı keçirdiyi sorğunun nəticəsi məlum olub.
Corner.az xəbər verir ki, bu ada italiyalı referi Pyerluici Kollina layiq görülüb.
Bu nominasiya üzrə ikinci pilləni ingiltərəli Ken Aston tutub. Fransa təmsilçisi Mişel Votro isə üçüncü olub.
Kollina 1998/1999 mövsümündə Çempionlar Liqasının, 2003/2004 mövsümündə UEFA kubounun, 2002-ci ildə isə dünya çempionatının final matçlarını idarə edib. O, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyası üzrə 6 dəfə dünyanın ən yaxşı referisi seçilib. 60 yaşlı mütəxəssis hazırda FIFA Hakimlər Komitəsinə rəhbərlik edir.
Qeyd edək ki, tarixin ən yaxşı referisini "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.