27 oktyabr 2024. Bazar günü

İlin məşqçiləri açıqlandı


İlin məşqçiləri açıqlandı

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.

Corner.az-ın məlumatına görə, kişilərdən “The Best” mükafatına "Liverpul"u çalışdıran Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis "Lids Yunayted"dən Marselo Byelsa və "Bavariya"dan Hans-Diter Fliki geridə qoyub.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.

Qeyd edək ki, Yurgen Klopp ötən il də bu nominasiya üzrə bütün rəqiblərini qabaqlayıb.







Xəbər news