27 oktyabr 2024. Bazar günü

De Byazi və Medvedev kimlərə səs verib?


De Byazi və Medvedev kimlərə səs verib?

FİFA-nın təşkil etdiyi 2020-cı ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

Corner.az FİFA-nın saytına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Danni De Byazi səslərini müvafiq ardıcıllıqla  Robert Levandovski ("Bavariya"), Məhəmməd Salah ("Liverpul") və  Kevin De Bruyneyə ("Mançester Siti") verib.

Milimizin kapitanı Maksim Medvedev "The Best"ə Robert Levandovski ("Bavariya"), Kriştiano Ronaldo ("Yuventus") və Serxio Ramosu ("Real") layiq göstərib.

De Byazi ən yaxşı baş məşqçi seçimində Yurgen Kloppu ("Liverpul") 1-ci, Xulen Lopetegini ("Sevila") 2-ci, Zinəddin Zidanı ("Real") 3-cü yerə layiq görüb.

Maksim Medvedev isə Yurgen Kloppu 1-ci, Zinəddin Zidanı 2-ci, Hans-Diter Fliki ("Bavariya") üçüncü yerdə göstərib.

Xatırladaq ki, Robert Levandovski ilin futbolçusu, Yurgen Klopp isə ilin məşqçisi seçilib.







Xəbər news