27 oktyabr 2024. Bazar günü

MLS-də tarixin ən yaxşı qolunu İbrahimoviç vurub


MLS-də tarixin ən yaxşı qolunu İbrahimoviç vurub

ABŞ-ın MLS çempionatı tarixində ən yaxşı qol müəyyənləşib.

Corner.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu qola hazırda "Milan"da çıxış edən "Los-Anceles Qalaksi"nin sabiq futbolçusu Zlatan İbrahimoviç imza atıb.

39 yaşlı hücumçunun 2018-ci ildə "Los Anceles"lə derbi matçının 77-ci dəqiqəsində uzaq məsafədən endirdiyi dəqiq zərbə ən yaxşı seçilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2018 - 2020-ci illərdə MLS-də oynayıb.







Xəbər news