25 mart 2026. Çərşənbə

Boccia Könüllüləri İB-i daha bir qazimizlə görüş keçirdi


Boccia Könüllüləri İB-i daha bir qazimizlə görüş keçirdi
Boccia Könüllüləri İB tərəfindən təşkil edilmiş "Hər zaman Qarabağ ilə" layihəsində təlimlərimiz davam edir.

Corner.az xəbər verir ki, layihənin 6 cı görüşündə Şanlı 2-ci Vətən müharibəsi qazisi Pərvin Abdullayev olmuşdur.

Dəyərli qazimiz Pərvin bəy özü haqqında izləyicilərə ətraflı məlumat vermiş, sonda iştirakçıların təəssüratlarını almağı və suallarını böyük həvəslə cavablayıb.  Boccia İF koordinatoru Zarina Hüseyova iştirakçıların suallarını qazimizə ünvanlamışdır. Qazimiz bir iştirakçımızın "Vətən nədir?" sualına "Vətən anadır, ananı heç kəsdən aşağıda tutmaq olmaz"  cavabını verib.Sonda qazimiz hər bir gəncə savadlı olmağı, xüsusilə coğrafiya və fizika elmlərini mükəmməl öyrənməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, qazi Pərvin Abdullayev  Vətən müharibəsinin ilk günlərindən döyüşlərə könüllü qatılıb və düşmənin 4 texnikasının dəqiq koordinatlarını verərək məhv edilməsində böyük rolu olmuşdur. Döyüş zamanı minamyotun yaxınlığa düşməsi nəticəsində başından, ayağından, və sol gözündən yaralanmışdır. Boccia Könüllüləri İB-nin adından dəyərli Fəxri qonağımız Pərvin Abdullyevə dərin təşəkkürlərimizi bildiririk.






Xəbər news