25 mart 2026. Çərşənbə

Messi, sənə çox heyranam - Pele


Messi, sənə çox heyranam - Pele

Argentinalı futbolçu Lionel Messi "Barselona"nın heyətində 643-cü qolunu dünən La Liqanın 14-cü tur matçında "Valensiya" görüşündə vurub.

Corner.xəbər verir ki, Messi bununla Pelenin rekordunu təkrarlayıb. Əfsanəvi futbolçu Messiyə qədər "Santos"un heyətində eyni sayda qol vurub.

"Nə vaxt ki, ürək sevgi ilə dolur, öz yolunu dəyişdirmək çətin olur. Sənin kimi mən də bilirəm ki, hər gün eyni futbolkanı geyinmək nə deməkdir. Sənin kimi mən də bilirəm ki, özünü evindəki kimi hiss etdiyin yerdən yaxşı yer yoxdur.

Səni tarixi rekordun münasibətilə təbrik edirəm, Lionel. Amma hər şeydən əvvəl səni "Barselona"da çox gözəl karyera münasibətilə təbrik edirəm.

Bizim eyni klubu nə qədər sevməli olduğumuza dair oxşar tarixçələrə təəssüf ki, futbolda az-az rast gəlinəcək. Sənə çox heyranam, Leo”, - deyə Pele özünün "İnstagram" hesabında yazıb.







Xəbər news