- Xəbər news
- 22:34 14.11.2024
UEFA turnirlərində 2020-ci ilin ən çox qol vuran futbolçusu bəlli olub.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "İnter"in hücumçusu Romelu Lukaku bütün oyunçuları qabaqlayıb.
27 yaşlı futbol, bu il ərzində UEFA turnirlərində 16 qol vurub. Lukaku bunlardan 7-ni Avropa Liqasında, 4-nü Çempionlar Liqasında, 5-ni isə Belçika yığmasının heyətində Millətlər Liqasında vurub.
Qeyd edək ki, Romelu Lukaku 2019-cu ildən "İnter"də çıxış edir.