- Xəbər news
- 22:34 14.11.2024
Nazir müavini İntiqam Babayev 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizə qarşı aparılan yalan dolu məlumatların qarşısının alınması istiqamətində fəallıqları ilə seçilən bir sıra sosial media aktivistləri ilə görüşdü.
Corner.az xəbər verir ki, nazir müavini ilk olaraq nazir Azad Rəhimovun gənclərə vətənə olan sevgiləri və Vətən Müharibəsi dönəmində göstərdikləri fəallığa görə təşəkkürünü çatdırdı.
Nazir müavini bildirdi ki, cəbhə bölgəsində müharibə bitsə də, bu informasiya savaşının bitməsi anlamına gəlmir. Tam əksinə, bundan sonra gənclərimiz daha mobil olmalı və Azərbaycan həqiqətlərinin müasir zamənəmizdə sosial media vasitəsi ilə dünyaya çatdırılmasında fəal çalışmalıdırlar. Burada onların intellekti, çalışdıqları sahələrdə peşəkar olmaları və heç bir təxribata uymadan daim təmkini qorumaqla diplomatik olmaları önəmlidir.
İntiqam Babayev bildirdi: “44 Gün ərzində biz dövlət lideri ilə xalq, ordu birliyini gördük. Dağlıq Qarabağ münaqişəsi anlayışı artıq geridə qaldı, tarixə çevrildi. Bugünün gerçəkliyi tamamilə başqadır. Sizə baxanda fəxrlə demək olar ki, dövlətin uğurlu şəkildə həyata keçirdiyi gənclər siyasəti, nazirlik tərəfindən müxtəlif illərdə gerçəkləşdirilən layihələr məhz bu gün sizin kimi könüllü fəalların, vətənpərvər gənclərin yetişməsinə səbəb olub.”
Daha sonra gənclər onlar üçün önəmli əhəmiyyət kəsb edən bu görüş üçün nazir müavininə təşəkkür edib, müxtəlif ideya və təkliflərlə çıxış etdilər.