27 oktyabr 2024. Bazar günü

Qaliblər bəlli oldu


Qaliblər bəlli oldu
Ötən, 2020-ci ilin 7-25 dekabr tarixlərində Gənclər və Idman nazirliyi tərəfindən 14-29 yaşlı gənc rəssamlar arasında həyata  keçirilmiş rəsm müsabiqələrinin qalibləri bəlli oldu. 

Corner.az xəbər verir ki, “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənclərin gözü ilə ”  və "Covid 19" pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi" başlıqları altında gerçəkləşmiş müsabiqələrə Bakı şəhəri və respublikanın regionlarından 700-dən çox rəsm təqdim edilmişdi.
İşlər əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.

“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə ” adlı müsabiqənin qalibləri:

1-ci yer- Yaqubova Zeynəb
2-ci yer- Abdullayev Babək
3-cü yer- Yadigarlı Aynur

"Covid 19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi" mövzusunun qalibləri :
1-ci yer- Heybətova Əsmər
2-ci yer- Lalə Hüseynova
3-cü yer- Abbaszadə Rüfət olmuşdur

l yerin qalibinə -500 manat, ll yerin qalibinə -300 manat, lll yerin qalibinə -200 manat pul mükafatı veriləcək  və qaliblər nazirliyin diplomları ilə təltif  olunacaqlar. (Mükafatlar hər iki sərgi üçün ayrı-ayrılıqda nəzərdə tutulub)

Digər maraqlı işlərin müəllifləri isə Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla mükafatlandırılacaq.
Eyni zamanda, seçilmiş işlərin 3 dildə kataloqu və posterləri çap edilərək yayımlanacaq.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 (gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri infeksion xəstəliklərin profilaktikasi, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) bəndinin icrasını həyata keçirilməsi məqsədilə təşkil edilir.






Xəbər news