27 oktyabr 2024. Bazar günü

Messi ilin rəmzi komandasında yer almadı


Messi ilin rəmzi komandasında yer almadı

Fransanın “L`Eqiupie” nəşri 2020-ci ilin rəmzi komandasını tərtib edib.

Corner.az xəbər verir ki, heyətdə “Bavariya”dan 4, “Liverpul”dan 3, “Real”, “Mançester Siti” PSJ və “Yuventus”dan isə 1 futbolçu yer alıb.

Maraqlıdır ki, “Barselona”nın kapitanı Lionel Messi rəmzi komandaya düşməyib.

2020-ci ilin rəmzi komandası:

Qapıçı: Manuel Noyer (“Bavariya”)

Müdafiəçilər: Alfonso Devis (“Bavariya”), Trent-Aleksandr Arnold, Vircil van Deyk (Hər ikisi “Liverpul”), Serxio Ramos (“Real”)

Yarımmüdafiəçilər: Tiaqo Alkantara (“Bavariya”/”Liverpul”), Yosua Kimmix (“Bavariya”), Kevin de Brüyne (“Mançester Siti”), Neymar (PSJ)

Hücumçular: Kriştiano Ronaldo (“Yuventus”), Robert Levandovski (“Bavariya”)







Xəbər news