3 fevral 2026. Çərşənbə axşamı

190 futbolçu, 1 məşqçi şəhid olub - AFFA rəsmən açıqladı


190 futbolçu, 1 məşqçi şəhid olub - AFFA rəsmən açıqladı
AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
 
Corner.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 190 nəfər oyunçu, 1 nəfər isə məşqçi kimi sistemdə qeydiyyatda olub.
 
Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.
 
2009-cu ildən bu günə kimi 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir. 
 
Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.
 
Allah bütün şəhidlərimizə rəhmət etsin!






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO