Libertadores kubokunda ikinci finalçı da müəyyənləşib.
Corner.az xəbər verir ki, yarımfinalın ikinci matçında Argentinanın “Boka Xuniors” klubu ilə Braziliya “Santos”u qarşılaşıb.
İlk oyunda qapılara qol vurulmamışdı. İkinci oyunda isə rəqibini 3:0 hesabı ilə məğlub edən “Santos” finala vəsiqə qazanıb.
“Santos” finalda Braziliyanın digər klubu “Palmeyras”la qarşılaşacaq. Oyun yanvarın 30-da keçiriləcək.