7 dekabr 2025. Bazar günü

Tanınmış şərhçi İTV-də işə başladı: Karyeramda yeni səhifə açıram


Tanınmış şərhçi İTV-də işə başladı: Karyeramda yeni səhifə açıram
Ötən ilin yayında CBC Sport kanalından ayrılan şərhçi Ürfan Məmmədlinin yeni iş yeri bəlli olub. 

Corner.az xəbər verir ki ki, bu barədə tanınmış jurnalist özü məlumat verib. 

Məmmədli saytımıza açıqlamasında karyerasında yeni səhifə açdığını bildirib: "Karyeramı bundan sonra İctimai TV-də davam etdirəcəm. Burada əvvəlki iş yerlərimdən fərqli olacaq. İdman sahəsindən qismən uzaqlaşıram. Artıq İctimai TV-nin Xəbərlər Redaksiyasında ictimai-siyasi mövzular üzrə redaktor vəzifəsində çalışacam. Karyeramda yeni səhifə açıram. İTV rəhbərliyinə etimad göstərdiyi üçün minnətdaram".(fanat)






Xəbər news