- Xəbər news
- 22:34 14.11.2024
Qarabağ-ın hücumçusu Mahir Mədətovun Topaz Premyer Liqanın 15-ci turunun Neftçi ilə oyunundakı hərəkəti birmənalı qarşılanmayıb.
Corner.az-ın məlumatına görə, oyunun gedişində epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əl uzatsa da, o, bunu görməyib.
Matçdan sonra "ağ-qaralar"ın seneqallı müdafiəçisi Mamadu Mbodja "İnstagram"da mesaj yazan futbolçu rəqibin əlini sxımadığı üçün ondan üzr istəyib:
"Dostum, həmin an emosiyalarıma görə mənə əl uzatdığını görmədiyim üçün səndən üzr istəyirəm. Ümid edirəm ki, arazmıda hər şey qaydasındadır. Mən irqçi deyiləm. Bilirsən ki, bu, sadəcə, bir oyundur. Sənə uğurlar arzulayıram".
Mbodj isə Mahirin üzrxahlıq mesajına bu cür cavab verib: "Salam, dostum. Bu, oyundur, belə şeylərin olması normaldır. İrqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Gələcək oyunlarda sənə və komandana uğurlar arzulayıram".