- Xəbər news
- 22:34 14.11.2024
"Atletiko”nun sabiq futbolçusu Fernando Torres Madrid təmsilçisinin B komandasını çalışdıracaq.
Corner.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Torres ötən ilin sentyabr ayında “Atletiko” Futbol Akademiyasında işə başlasa da, UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasını alması üçün ona 6 ay lazım olub.
La Liqa klubunun B komandası 36 yaşlı mütəxəssisin rəhbərliyi altında bu gün ilk oyununa çıxacaq və “Poblense” ilə qarşılaşacaq.
Qeyd edək ki, Torres 2001-2007, 2015/6 (icarə əsasında) və 2016-2018-ci illərdə “Atletiko”da oynayıb.