Fevralın 2-də keçirilən və 0:0 başa çatan “Redinq”-“Aston Villa” matçı zamanı qonaq komandanın müdafiəçisi Tayron Minqz hücumçu Nelson Oliveyra ilə mübarizə aparıb. Nəticədə, hücumçu arxası üstdə yerə yıxılıb, T.Minqz isə özünü saxlaya bilməyib və onun üzünü tapdalayıb.
Bu barədə sports.ru məlumat yayıb.
Oyundan sonra N.Oliveyranın fotosunu çəkiblər. “Redinq”in oyunçusunun gözü zədələnmədiyinə və başı zərbəyə davam gətirdiyinə görə, demək olar ki, bəxti gətirib.
"Oxu.az"