7 may 2026. Cümə axşamı

Ronaldo və sevgilisi karantin qaydalarını pozdu


Ronaldo və sevgilisi karantin qaydalarını pozdu

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges karantin qaydalarını pozublar.

Corner.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, cütlük Valle d'Aosta’dakı Piedmont bölgələri arasındakı sərhədi keçib, hər ikisi də narıncı bölgədədir. Portuqaliyalı hücumçu sevgilisinin 27 yaşını qeyd etmək üçün onunla xizək mərkəzinə gedib.

Onların rəsmi olaraq bağlanmış bir oteldə yaşadıqları deyilir. Ronaldo və Corcinanın xizək mərkəzindəki videosu sosial şəbəkələrdə yayılıb, daha sonra silinib.

35 yaşlı oyunçu və sevgilisi koronavirusa qarşı tədbirləri pozduqları üçün cərimələnə bilərlər.

Qeyd edək ki, Ronaldo İtaliya kubokunun 1/4 finalında dünən keçirilən SPAL-la matçda (4:0) oynamayıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı