27 oktyabr 2024. Bazar günü

Ronaldo ÇL-nı qazana bilməməsindən peşman olub


Ronaldo ÇL-nı qazana bilməməsindən peşman olub

“Real”ın sabiq hücumçusu Ronaldo, Libertadores Kubokunu və Çempionlar Liqasını qazana bilməməsindən peşman olduğunu etiraf edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı braziliyalı sabiq futbolçu bunları deyib:

“Libertadores Kuboku və Çempionlar Liqası üçün iki barmağımı verərdim. “Kruzeyro” və ya “Korintiansla” bir, “İnter” və ya “Real”la mükafat qazana bilmədiyim üçün peşmanam”, - Ronaldo “Globo Esporte” nəşrinə deyib.

Qeyd edək ki, Ronaldo karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barcelona”, “​​İnter Milan”, “Real Madrid”, “Milan” və “Korintians” kimi klublarda çıxış edib. 







Xəbər news