- Xəbər news
- 22:34 14.11.2024
Chelsea-nın yeni transferi Qonsalo Hiquain London klubuna keçidindən danışıb.
Corner.az xəbər verir ki, hücumçu İngiltərə Pemyer Liqasını A seriyası ilə müqayisə edib.
“Premyer Liqa tam fərqlidir. Müdafiəçilər burada aqressiv oynayır. Topu almaq üçün heç nədən çəkinmirlər. A seriyası ilə fərq böyükdür. Burada oynamaq ürəyimcədir. Zaman-zaman komanda yoldaşlarımı yaxından tanıyacağam. Artıq alışıram. Əminəm ki, hər şey yaxşı olacaq. Bir sıra çempionatları izləmişəm. İngiltərə çempionatı barədə məlumatım əvvəldən var idi. Dinamik futbol oynayırlar. Əzmkarlıq , mübarizə var. Stadionlar həmişə dolu olur. Belədə futbolçular daha həvəslə mübarizəyə qoşulur. Sarri bacarıqlı mütəxəssisdir. Hamı ilə dil tapa bilir. Xüsusilə psixoloji yöndə futbolçulara inam aşılayır. Onunla yenidən bir yerdə olduğuma sevinirəm”,- forvard bildirib.
"Goal.az"