Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin milliyə mümkün qayıdışına münasibət bildirib.
Corner.az xəbər verir ki, mətbuat Skaloninin hücumçu ilə görüşdüyünü və qayıtmağa razı saldığını bildirib. Lakin baş məşqçi yayılan xəbəri təkzib edib: “Uzun zamandır əlaqəmiz yoxdur. Əlbəttə, Messi kimi bir forvardı heyətdə görmək məni sevindirərdi. Lakin hələlik heç nə deyə bilmərəm”.
Xatırladaq ki, Messi sonuncu dəfə millinin formasını Rusiyada 2018-ci ildə keçirilən mundialda geyib. 1/8 finala qədər irəliləyən Argentina millisi bu mərhələdə Fransaya uduzub - 3:4. Bu oyundan sonra forvard komandadan getdiyini bildirib. Messi millinin ən yaxşı bombardiri sayılır. 128 oyunda 65 qol vurub.
"Goal.az"