27 oktyabr 2024. Bazar günü

DÇ-2022 azarkeşlərlə keçiriləcək


DÇ-2022 azarkeşlərlə keçiriləcək

Qətərdəki 2022-ci il dünya çempionatı azarkeşlərlə keçiriləcək.

Corner.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Canini İnfantino açıqlama verib.

Pandemiya ilə əlaqədar bir sıra yarışlar məhdud sayda azarkeşlə və ya ümumiyyətlə azarkeşsiz keçirilir.

"Stadionlar tam dolu olacaq. O vaxtadək biz koronavirus pandemiyası ilə yaşamağa öyrəşəcəyik" - deyə İnfantino bildirib.

Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.







Xəbər news