27 oktyabr 2024. Bazar günü

Suares Yuventus'da çıxış etsə yaxşı olardı - Kuman


Suares Yuventus'da çıxış etsə yaxşı olardı - Kuman

"Barselona"nın baş məşqçisi Ronald Kuman Luis Suaresin "Atletiko"ya keçməsindən danışıb.

Corner.az "The Atletic"ə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bunları deyib:

"Barselona"ya gələndə bu mövzuda fikirlərimiz olmuşdu və sonda qərar vermişdik. Əlbəttə ki, Suares İspaniya çempionatında çıxış etdiyi üçün "Atletiko"da yox, "Yuventus"da çıxış etsə daha yaxşı olar. Bunlar son dərəcə çətin qərarlardır. Amma futbolçuların fikirlərinə də hörmət etməliyik. Hələ də verdiyimiz qərarları dəstəkləyirəm".

Qeyd edək ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə sentyabr ayında 2 illik müqavilə imzalayıb.







Xəbər news