27 oktyabr 2024. Bazar günü

Messi və Ronaldo son 10 ilin ən yaxşı futbolçuları seçildi


Messi və Ronaldo son 10 ilin ən yaxşı futbolçuları seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Corner.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada "Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, "Barselona"nın argentinalı futbolçu Lionel Messi birinci olub.

"Real Madrid"in ispaniyalı müdafiəçisi Serxio Ramos "köhnə qitə"nin ən yaxşı ikinci oyunçusu hesab edilib. "Bavariya"nın almaniyalı qapıçısı Manuel Noyer isə üçüncü yerlə kifayətlənib.

 PSJ-nin forvardı Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda "Sao Paulo"da oynayan müdafiəçi Daniel Alveş isə üçüncü olub.







Xəbər news