25 mart 2026. Çərşənbə

Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu


Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu

"Real"ın sabiq futbolçusu Nikolya Anelka "Yer" klubunun idman direktoru təyin olunub.

Corner.az xəbər verir ki, veteran hücumçunun IV divizion təmsilçisi ilə müqaviləsinin müddəti açıqlanmayıb.

Rəhbərlik 41 yaşlı Anelkanın öz nüfuzundan istifadə edərək klubu yaxşı vəziyyətə gətirəcəyinə inanır.

Qeyd edək ki, Fransa millisinin keçmiş hücumçusu karyerası ərzində  "Çelsi" və "Arsenal", "Fənərbaxça" kimi komandalarının formasını geyinib. O, daha əvvəl ölkəsinin "Lill" klubunun gənclər komandasının baş məşqçisi olub.







Xəbər news