7 dekabr 2025. Bazar günü

Azərbaycanda oynamış futbolçu kuryerliyə başladı


Azərbaycanda oynamış futbolçu kuryerliyə başladı

“Dinamo Kiyev"in sabiq futbolçusu Artyom Butenin kuryerliyə başlayıb.

Corner.az “sportarena.com”a istinadən xəbər verir ki, 31 yaşlı keçmiş müdafiəçi Ukraynada bir pizza şirkətində kuryer kimi işə başlayıb. 

Butenin aylıq 30 min qrivna (təqribən 1800 manat) qazanacağı bildirilib.

Qeyd edək ki, karyerası ərzində Ukraynada “Dinamo”, “Volın”, Çexiyada “Slovan”, Moldovada “Zarya” kimi klublarda çıxış edən Butenin son ünvanı Azərbaycan olub. Müdafiəçi 2015-ci ildə ölkəmizdə keçmiş “Rəvan” klubunda çıxış edib.







Xəbər news