Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində futbolu idarə edən qurum) zonası üzrə son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.
Corner.az xəbər verir ki, birinci yerə Kosta-Rika yığmasının və PSJ-nin qapıçısı Keylor Navas layiq görülüb.
Bu barədə İFFHS-in rəsmi saytı məlumat yayıb.
Meksika yığmasının və ABŞ-ın “Los Anceles Qalaksi”-nin hücumçusu Xavyer Ernandes ikinci olub. ABŞ millisinin sabiq forvardı Klint Dempsi isə üçüncü yeri tutub.