- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı futbolçularınınn siyahısını açıqlayıb.
Corner.az qurumun saytına xəbər verir ki, cədvəlinə 10 oyunçu yer alıb. Sıralamaya “Barselona”nın və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir. İkinci yerə “Yuventus”un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo layiq görülüb. “Barselona”nın və İspaniya millisinin sabiq oyunçusu, hazırda “Vissel Kobe”də çıxış edən Andres İnyesta siyahıda üçüncü olub.
Son 10 ilin ən yaxşı futbolçuları:
1. Lionel Messi (Argentina, “Barselona”)
2. Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”)
3. Andres İnyesta (İspaniya, “Vissel Kobe”)
4. Neymar (Braziliya, PSJ)
5. Serxio Ramos (İspaniya, “Real”)
6. Manuel Noyer (Almaniya, “Bavariya”)
7. Robert Levandovski (Polşa, “Bavbariya”)
8. Canluici Buffon (İtaliya, “Yuventus”)
9. Zlatan İbrahimoviç (İsveç, “Milan”)
10. Luka Modriç (Xorvatiya, “Real”)