- Xəbər news
- 22:34 14.11.2024
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges portuqaliyalı ailəyə övladlarının müalicəsində kömək ediblər.
Corner.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Belə ki, 2019-cu ildə oğlana neyroblastoma diaqnozu qoyulub. Ronaldo və Rodrigesin köməyi sayəsində 7 yaşlı uşaq müalicə üçün Barselonadakı bir klinikaya yerləşdirilib.
“İnanılmaz dərəcədə minnətdar olduğumuz bu böyük insanların səylərindən sonra Tomasımız müalicə almaq üçün Barselonaya səyahət etmək fürsəti tapdı. Bu inanılmazdır. Biz bir yerdəyik” - dey oğlanın valideynləri açıqlamalarında bildiriblər.