- Xəbər news
- 22:34 14.11.2024
"Defensa və Xustisiya" klubunun baş məşqçisi Ernan Krespo vəzifəsindən ayrılıb.
Corner.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis özünün İnstaqram səhifəsində paylaşım edib.
Veteran futbolçu ötən ilin yanvarında bu klubun sükanı arxasına keçmişdi. "Defensa və Xustisiya" onun rəhbərliyi altında Cənubi Amerika kubokunu qazanıb.
Qeyd edək ki, Argentina millisində 64 oyun keçirmiş Ernan Krespo 35 qol vurub.