- Xəbər news
- 22:34 14.11.2024
Milli idman brendi “İl’Azero”nun yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr etdiyi yeni sosial layihəsi davam edir.
Corner.az-ın məlumatına görə, yeni kolleksiyalar idmançılar və sənət adamlarında ayrı görünüş verir. Hər kəs oturuşdan və keyfiyyətdən məmnun qalır, təzə dəstlərlə həvəslə foto-obyektiv önünə çıxır.
Şirkətin rəhbəri, tanınmış voleybol meneceri İlqar İmamquliyev öncədən bəyan etdiyi kimi, Qarabağın işğaldan azan olunan hər bir şəhərin adı yazılan köynəklər istehsal etdirib və onu tam təmənnasız olaraq ölkəmizi beynəlxalq arenalarda, önəmli yarışlarda təmsil edən idmançılarımıza, sənət adamlarına və qəhrəman hərbçilərimizə çatdırır.