3 fevral 2026. Çərşənbə axşamı

Superkubok matçında meydana girən YouTuber həbs olundu


Superkubok matçında meydana girən YouTuber həbs olundu

Məhkəmə 2019-cu ildə Türkiyənin İstanbul şəhərində "Liverpul" və "Çelsi" klubları arasındakı UEFA Super Kuboku matçında meydana girən yutuber Ali Abdülsealm Yılmazla bağlı qərar qəbul edib.

Corner.az-ın "NTV Spor"a istinadən məlumatına görə, Yılmaza 1 il 8 ay həbs cəzası verilib.

Bundan başqa, onun 1 il müddətinə idman yarışlarına girişinə qadağa qoyulub.

Digər şübhəlilər - Emre Durmuş, Cantuğ Özsoy ve Furkan Yaman isə bəraət alıblar.

Qeyd edək ki, avqustun 14-də "Vodofon Park" stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İngiltərə təmsilçiləri əlavə vaxtda hərəyə bir dəfə fərqləndiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (5:4) "Liverpul" Superkuboka sahib çıxıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO