- Xəbər news
- 22:34 14.11.2024
"İrəvan FK"nun sahibi və prezidenti Zahid Niyazəliyev Corner.az-a bu klubun yaranma məqsədindən və hədəfləri haqda danışıb.
"İrəvan" klubunu mən və qardaşım yaradıb. İlk vitse-prezident Fərzəli Rüstəmov da klubun inkişafında bizə yardım edir. İrəvan bizim tarixi torpağımızdır. Bizdə İrəvanlıyıq bu üzdən bu adda klub yaratmaq ideyası yarandı. Biz qarşımıza Erməniləri hirsləndirmək məqsədi qoymamışıq. Sadəcə İrəvan bizim əlimizdən alıblar. Biz orada doğulmuşuq, böyümüşük torpağlarımız bizim üçün çox əziz və dəyərlidir. Bu üzdən klubun adını "İrəvan" qoymaq qərarına gəldik və biz bununla fəxr edirik. Klubun bir neçə sponsoru var və yaxın günlərdə müqavilələr imzalanacaq.