27 oktyabr 2024. Bazar günü

Zəfər Kubokunun qalibi bəlli oldu


Zəfər Kubokunun qalibi bəlli oldu
AFFA-nın təşkilatçılığı ilə ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan, həmrəylik devizi ilə keçirilən “Zəfər” kuboku turnirinə yekun vurulub.
 
Corner.az xəbər verir ki, AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşları arasında təşkil olunan turnirin yarımfinal qarşılaşmalarında “Səbail” “Keşlə”ni 3:1, “Qəbələ” isə “Sabah” komandasını 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. 
 
Vətən müharibəsi iştirakçısı Kamal Umudlunun idarə etdiyi final qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasında daha dəqiq olan “Səbail” “Zəfər kuboku” turnirinin qalibi olub. 
 
Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qalib komandaya kubok təqdim edib.






Xəbər news