- Xəbər news
- 22:34 14.11.2024
Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.
Corner.az-ın məlumatına görə, finalda Almaniyanın "Bavariya" və Meksikanın "Tiqres" komandaları üz-üzə gəlib.
"Edukeyşn Siti" stadionunda baş tutan görüş Münhen klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb. Avropa təmsilçisinə dünya çempionluğunu qazandıran qolu 61-ci dəqiqədə Benjamin Pavar qeyd edib.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Braziliyanın "Palmeyras" klubunu məğlub edən Misirin "Əl-Əhli" komandası turnirin bürünc medallarına sahib çıxıb.