- Xəbər news
- 22:34 14.11.2024
"Bavariya"nın hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu adlandırılıb.
Corner.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumatda bildirilir ki, çempionatda ikinci yeri "Tiqres"in hücumçusu Andre-Pyer Jinyak, üçüncü yerdə isə "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix qərarlaşıb.
Qeyd edək ki, "Bavariya" tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub.