- Xəbər news
- 22:34 14.11.2024
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bavariya”nı klublararası dünya çempionatının finalında "Tiqres" üzərində qələbə (1:0) qazanması münasibətilə xüsusi tərzdə təbrik edib.
Corner.az xəbər verir ki, bu barədə "Bavariya"nın tvitterdəki səhifəsində yazılıb.
"Biz fəxr edirik, mən fəxr edirəm, hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və xidmətçi personala bu təəccüblü hadisəyə görə təbriklər. Amma mən Hansa demək istəyirəm ki, siz ardıcıl altı titul qazanmış ikinci komandasınız! Sizə qədər daha bir komanda vardı - "Barselona". Ona görə, mən ola bilsin, Messiyə və kluba zəng vuracam ki, biz yeddinci titul üçün oynaya biləcəyik? Mənə deyin – harda və nə vaxt və biz orada nə vaxt olacağıq!" - Qvardiolanın “Bavariya”nın tvitterdəki səhifəsində yayılmış paylaşımında deyilir.
Qeyd edək ki, daha əvvəl "Bavariya" Almaniya çempionatını, Çempionlar Liqasını, Almaniya Kuboku, Almaniyanın və UEFA-ın Superkubokunu udub.
Əlavə edək ki, "Bavariya" ötən gün ikiqat dünya çempionu olub.