- Xəbər news
- 01:00 22.01.2026
"Bavariya" klubu "Barselona"nın rekordunu təkrarlayıb.
Corner.az-ın məlumatına görə, Münhen təmsilçisi buna klublararası dünya çempionatının finalında "Tiqres"i məğlub etməklə nail olub.
Hans Diter-Flikin baş məşqçi olduğu komanda bir il ərzində mümkün 6 titulun hamısını qazanıb. Son olaraq, bu nəticəni 2009-cu ildə "Barselona" göstərib.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.