27 oktyabr 2024. Bazar günü

Fergüson'un şahzadəsi klubsuz qaldı


Fergüson'un şahzadəsi klubsuz qaldı

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Fergüsonun bir vaxtlar Avropadakı ən yaxşı yarımmüdafiəçilərdən hesab etdiyi və şahzadə adlandırdığı Aleksandr Büttner klubsuz qalıb.

Corner.az goal-a istinadən xəbər verir ki, 2012-2014-cü illərdə "qırmızı şeytanlar"da çıxış edən 32 yaşlı oyunçu Kipr komandalarından "Apollon"la müqavilə imzalasa da, bu keçid uğursuzluqla nəticələnib. Klub cəmi 17 gün sonra Büttner ilə sözləşməyə xitam verib. Beləliklə, hollandiyalı futbolçu klubsuz qalıb.

Kipr mediasında yayılan xəbərlərə görə, oyunçunun çəkisi artıq olub və tibbi müayinədən keçməyib. Həmçinin onun məşqə hazır olmadığı da bildirilib. Təcrübəli futbolçu isə bu iddiaları rədd edib.

Qeyd edək ki, Büttner karyerası ərzində "Dinamo" (Moskva), "Anderlext", "Vitesse", "Yonq Vitesse", "Nyu İngilend Revoluşn" kimi komandalarda da çıxış edib.







Xəbər news