- Xəbər news
- 21:58 14.03.2026
"İnter” və “Roma”nın sabiq futbolçusu Luici Sartor marixuana yetişdirdiyinə görə həbs edilib.
Corner.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
İtaliya polisi bir neçə gün əvvəl 45 yaşlı keçmiş müdafiəçini və onun tərəfdaşını Parma şəhəri yaxınlığında tərk edilmiş bir kottecdə tapıb.
Araşdırmadan sonra kottecdə 106 ədəd marixuana kolu olduğu üzə çıxıb. Sartor isə dindirilmə zamanı məsələ ilə bağlı danışmayıb və susma hüququndan istifadə edib. Sabiq futbolçu ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Sartor 1997-98-ci illərdə “İnter”də, 1998-2002-ci illərdə “Parma”da, 2002-2005-ci illərdə isə “Roma”da çıxış edib. Həmçinin o, “Verona”, “Sopron”, “Ternana” kimi komandalarda da oynayıb. "Yuventus"un yetirməsi olan Sartor İtaliya millisində 2 oyun keçirib.(qol)