- Xəbər news
- 22:34 14.11.2024
Göyərtəsində Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala və pilot Devid İbbotsonun olduğu qəzaya düşən təyyarədən bir nəfərin meyiti çıxarılıb.
Corner.az xəbər verir ki, bu barədə Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsi məlumat yayıb. Təhqiqatçılar hələlik kimin meyitini götürdüklərini açıqlamırlar.
Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.
Faciəvi hadisəyə baxmayaraq, "Nant" klubu "Kardiff Siti"dən futbolçunun transfer məbləğini tələb edib.
"Report"