Fransa yığmasının sabiq yarımmüdafiəçisi Yohan Kabay karyerasını başa vurub.
Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, 17 illik karyerasına son qoyduğunu açıqlayıb. Kabay bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Yohan Kabay “Lill”, PSJ, “Sent-Etyen”, “Nyukasl”, “Kristal Pelas” və Birləşmiş Ərəb Əmirliklərində “Əl-Nəsr”də çıxış edib.