- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası əsrin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
Corner.az qurumun saytına istinadən xəbər verir ki, sıralamada beynəlxalq oyunlarda ən çox qol vuran 13 futbolçu yer alıb.
İlk pillədə Portuqaliya millisinin və "Yuventus"futbolçusu Kriştiano Ronaldo yer alıb. 33 yaşlı hücumçu 246 qol vurub.
Argentina yığmasının və "Barselona"nın futbolçusu Messi 2-ci, Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski isə 3-cü pillədə qərarlaşıb.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 246
2. Lionel Messi (Argentina) - 197
3. Robert Levandovski (Polşa) - 141
4. Neymar (Braziliya) - 121
5. Zlatan İbrahimoviç (İsveç) - 119
6. Bader Al-Mutava (Küveyt) - 119
7. Didye Droqba (Fil Dişi Sahili) - 115
8. Luis Suares (Uruqvay) - 115
9. Serxio Aquero (Argentina) - 104
10. Edin Dzeko (Bosniya və Herseqovina) - 104
11. Miroslav Kloze (Almaniya) - 101
12. Samuel Etoo (Kamerun) - 100
13. Edinson Kavani (Uruqvay) - 100