3 fevral 2026. Çərşənbə axşamı

Qrizmann Barselona'ya keçməklə səhv etdi


Qrizmann Barselona'ya keçməklə səhv etdi

"Barselona"nın fransalı sabiq müdafiəçisi Jeremi Matye Antuan Qrizmannın Kataloniya klubundakı çətinliklərindən danışıb .

Corner.az "RAC1"ə istinadən xəbər verir ki, o, həmyerlisinin "Atletiko"dan "Barselona"ya keçərək səhv etdiyini deyib: "Qrizmann "Atletiko"dakı səviyyədə oynamır. Məncə, "Barselona"ya keçərək səhv etdi. Madrid təmsilçisində komandanın vacib bir hissəsi idi. İndi onun eyni vəziyyətdə olduğuna əmin deyiləm".

Qeyd edək ki, Matye 2014-2017-ci illərdə "Barselona"da oynayıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO