7 dekabr 2025. Bazar günü

Norveç - Türkiyə matçının yeri dəyişdirildi


Norveç - Türkiyə matçının yeri dəyişdirildi

DÇ-2022-nin seçmə mərhələsində Norveç və Türkiyə milli komandaları arasında keçiriləcək matçın yeri dəyişdirilib.

Corner.az Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyanın Malaqa şəhərində oynanılacaq.

Bu qərar koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinə görə qəbul olunub.

Qeyd edək ki, görüş martın 27-də olacaq. Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.







Xəbər news