27 mart 2026. Cümə

Ceferin yenidən UEFA-nın prezidenti seçildi


Ceferin yenidən UEFA-nın prezidenti seçildi
Bu gün UEFA-da prezident seçkisi keçirilib.

Corner.az xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Aleksander Ceferin ikinci dəfə prezident seçilib. Ceferinin vahid namizəd olduğu və bu səbəbdən formal xarakter daşıyan seçkidə UEFA-ya üzv olan bütün (55) milli assosiasiyalar, o cümlədən, AFFA sloveniyalı futbol funksionerinə səs verib.

Qeyd edək ki, 2016-cı ildən UEFA-ya rəhbərlik edən Ceferin 2019-2023-cü illərdə də qurumun prezidenti olacaq.(qol.az)





Xəbər news