Ötən payız aylarında ingilis mediası futbolçu Cristiano Ronaldonun sevgilisi Corcina ilə nişanlanma xəbərini yazmışdı.
Corner.az-ın məlumatına görə, futbolçunun ona qız övladı dünyaya gətirən xanımla nişanlanmadığı ortaya çıxıb. Bu haqda Corcina "Hola" dərgisinə açıqlamasında deyib.
O bildirib ki, 34 yaşlı Ronaldo hələ də ona evlilik təklifi etməyib: "Məmnuniyyətlə onunla ailə quraram, amma hələ başqa planlarımız var. Hamı toy istəyir, mən də eynən. Gələcəkdə Ronaldonun həyat yoldaşı olmaq möhtəşəm olar.
Atamın ölümündən sonra ağır günlər yaşadım.Cristiano onunla tanış ola bilmədi. Mənə çox dəstək oldu".
"axşam.az"