3 fevral 2026. Çərşənbə axşamı

Braziliya çempionatının qalibi bəlli oldu


Braziliya çempionatının qalibi bəlli oldu
 Braziliya A Seriyasında sonuncu - 38-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, bu matçlardan sonra çempionun da adına aydınlıq gəlib.
 
“Flamenqo” sonuncu turda “San-Paulo” ilə ev oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Buna onun ən yaxın izləyicisi “İnternasional”ın “Korintians”la ev oyunundan qolsuz heç-heçəylə ayrılması şərait yaradıb.
 
Beləliklə, “Flamenqo” 71 xalla birinci, “İnternasional” 70 xalla ikinci yeri tutub. “Atletiko Mineyro” isə 68 xalla bürünc medallara yiyələnib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO