- Xəbər news
- 22:34 14.11.2024
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceymslə yenidən qiyabi mübahisəyə girib.
Corner.az xəbər verir ki, 39 yaşlı hücumçu idmançıların idmançı, siyasətçilərin isə siyasətçi kimi qalmalarının vacibliyini bildirib.
İsveçli futbolçunun sözlərinə görə, rasizm və siyasət fərqli anlayışlardır: "Biz idmançılar dünyanı birləşdiririk, siyasətçilər isə ayırırlar. Başqa işlərlə məşğul olmuruq, çünki bu, bizdə pis alınır. Əks halda, siyasətdə olardım. Mesajım budur".
Qeyd edək ki, daha əvvəl Zlatan İbrahimoviç Lebron Ceymsin siyasətə fəal soxulduğunu söyləyib. Onun fikrincə, idmançı belə etməməlidir. Ceyms isə sosial ədalətsizlik və irqçi zəmində problem qarşısında heç vaxt susmayacağını açıqlayıb. Bu münaqişədə bəzi idmançılar onu müdafiə ediblər.